Halldorsonla maraqlanan klub bəlli oldu

Hannes Tor Halldorson “Qarabağ”dan ayrılmağa hazırlaşır. Newsport.az saytının məlumatına görə, qapıçı ölkəsinə dönə bilər.

İslandiya millisinin “çərçivə qoruyucusu” “KR Reykyavik”dən dəvət alsa da, bu təklifi rədd edib. Amma bununla belə futbolçu vətəninə dönməyə isti yanaşa bilər.

Belə ki, İslandiya Liqasının digər təmsilçisi “Valur” da Halldorsonun xidmətində maraqlıdır. Paytaxt klubu 34 yaşlı oyunçu üçün daha yaxşı şərtlər irəli sürüb.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə oyunda Messinin penalti zərbəsini qaytarmaqla bir anda diqqətləri üzərinə cəlb edən Halldorson mundialdan sonra “Qarabağ”a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right