"Neftçi"nin oyunu ləğv edildi

"Neftçi"nin Antalya toplanışı çərçivəsində yanvarın 20-də "İstiqlal” (İran) klubu ilə keçirilməli olan yoxlama oyunu ləğv olunub.

Newsport.az-ın məlumatına görə, buna baş məşqçi Roberto Bordin qərar verib. İtaliyalı mütəxəssis fiziki yüklü məşqlərdən sonra futbolçuların ard-arda iki yoxlama oyununda meydana çıxacaqları halda onların zədələnmə ehtimalının artmasını əsas gətirərək belə qərar qəbul edib.

Xatırladaq ki, dünən "Qaz Metan”la (Rumıniya) sınaq matçında qələbə qazanan (3:0) "Neftçi” yanvarın 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right