"Sumqayıt"ın Antalyada altıncı günü

Türkiyənin Antalya şəhərində 3-cü dövrə üçün hazırlığını davam etdirən “Sumqayıt” toplanışın 6-cı gününə səhər məşqi ilə start verib.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun yetirmələri öncə yüngül qaçış və fiziki gücün artırılması istiqamətində çalışıb. Ardınca isə topla müxtəlif hərəkətlər edən komanda 1.5 saatlıq məşqi ikitərəfli oyunla bitirib. "Sumqayıt" günə axşam məşqi ilə yekun vurub.

Qeyd edək ki, “Sumqayıt” yanvarın 19-da yoxlama görüşü çərçivəsində Bosniya və Herseqovinanın "Çelik" klubu ilə qarşılaşacaq. Topkapı otelinin stadionunda keçiriləcək oyuna yerli vaxtla saat 15:30-da (Bakı vaxtı ilə 16:30) start veriləcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right