"Özbəkistana qarşı oynamaq heç də asan olmadı" Slavik Alxasov

"Keşlə" Türkiyə toplanışı çərçivəsində Özbəkistanın U-23 milli komandasına qarşı yoxlama matçı keçirib. Oyunda hesab açılmayıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra "Keşlə"nin müdafiəçisi Slavik Alxasov toplanış və matç barədə fikirlərini klubun klubun "facebook" səhifəsinə açıqlayıb:

“Bilirsiniz ki, cari mövsümün ikinci yarısına hazırlıqlara Bakı şəhərində başladıq və intensiv məşq etdik. Antalyadakı məşqlər də eyni tempdə keçir. Ümumilikdə təlim-məşq toplanış prosesi yaxşı keçir və məşq hazırlığını yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bu gün toplanış çərçivəsində ilk matça da çıxdıq. Ağır məşqlərdən sonra Özbəkistanın U23 milli komandasına qarşı oynamaq heç də asan olmadı. Özbəklərin çox yaxşı komandaları var. Ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right