"Bəlkə də bizi qarşıda çətin yol gözləyir" - Məhəmməd Mirzəbəyov

"Neftçi”nin üzvü Məhəmməd Mirzəbəyov "Qaz Metan”la yoxlama oyunu (3:0) haqda fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, müdafiəçi klubun rəsmi saytına açıqlamasında gənc futbolçularla da bağlı danışıb:

"Yorğunluğun fonunda oynamaq çətindir. Bununla belə, komandamızın üzvləri xarakter göstərdilər. Məşqçinin tapşırıqlarını yerinə yetirib qələbə qazandıq. Gənc futbolçulara gəlincə, onlar özlərini yaxşı tərəfdən göstərdilər. Əli Şirinov isə iki qol vurdu. Gənc futbolçu üçün bu asan deyil. Ona uğurlar və öz üzərində daha çox işləməyi arzulayıram. Bəlkə də bizi qarşıda çətin yol gözləyir. Çalışıb, bu yolu birlikdə keçməliyik”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right