Azərbaycanlı futbolçu Litva klubundan ayrıldı: "Mənim üçün yaxşı təcrübə oldu"

Litvanın "Yonava" klubunda çıxış edən Tural Rzayev Azərbaycana qayıdıb.

 

Newsport.az "ARB Kəpəz TV"yə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin çıxış etdiyi klub çempionatı son pillədə başa vurub və elita ilə vidalaşıb. Kanala açıqlama verən "Kəpəz"in sabiq futbolçu Litvada oynamaqla yaxşı təcrübə qazandığını bildirib. Hazırda azad agent statusu daşıyan Turalın bir neçə variantı var. O, Azərbaycanda ilk növbədə "Kəpəz"də oynayacağını bildirib. Hətta Gəncə klubu sabiq futbolçusuna təklif də yollayıb.

 

2015-2018-ci illlərdə "Kəpəz"də oynayan Tural kayerası ərzində "Ağsu" və "Zirə" kimi komandalarda da forma geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right