"Xəzər Lənkəran"ın sabiq futbolçusu: "Qarın çıxarmamaq üçün oynayıram"

"Xəzər Lənkəran"ın sabiq rumıniyalı futbolçusu Adrian Pit müsahibə verib.

 

Newsport.az "ilromanista.eu" saytına istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Azərbaycan karyerasından da söz açıb: "Son illər Azərbaycan futbolunda bir çox planda irəliləyiş var. Orada tək futbola deyil, bütün idmana böyük sərmayə qoyulur. Son yeddi ildə yeddi stadion tikiblər. "Formula-1" üzrə Qran Piri Bakıda keçirilir. Azərbaycan inkişaf edən ölkədi, yaxşı pulları var. Artıq onların klubları Avropa Liqası və Çempionlar Liqasının qruplarına yüksəlirlər. Məsələn, "Qarabağ" ötən mövsüm ÇL-də mənim sabiq klubum "Roma"ya qarşı oynadı. Onlar 10 ildir ki, Qurban Qurbanovun rəhbərliyi altında uğurlar qazanırlar. Azərbaycan reallıqları mənə təsir etdi".

 

2007-2010-cu illərdə İtaliyanın "Roma" klubunda çıxış edən Pit debütünü belə xatırladıb: "Soyuq dekabr ayı idi. "Torino" ilə kubok çərçivəsində Turin Olimpiya Sadionunda qarşılaşırdıq. Mən David Pizarronun əvəzinə meydana daxil olaraq, debüt etdim. 10 dəqiqə meydanda oldum. Təəssüf ki, Alvaro Rekoba kimi fenomen iki qol vurdu və biz "Torino"ya 1:3 hesabı ilə uduzduq. Cavab matçında isə əfsanəvi Tottinin qolları ilə mərhələ adlamışdıq".

 

2011-2014-cü illərdə cənub klubunda çıxış edən Pit Rumıniyada doğulduğu Arad şəhərinin komandasında çıxış edir. O, III Liqa təmsilçisində oynamasının səbəbini açıqlayıb: "Futbola hələ də davam edirəm. Üçüncü liqada çıxış edirəm. Sadəcə, qarın çıxarmamaq üçün oynayıram. Mən ailəmin yanındayam. Doğma Arad şəhəri Macarıstanla sərhəddə yerləşir. Komandamın bir hissəsi hesab edilirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right