Millimizin rəqibi Antalyaya yollandı - heyətdə azərbaycanlı futbolçu da var

Yanvarın 24-də Azərbaycanın U-21 yığması ilə yoxlama görüşündə qüvvəsini sınayacaq Moskva “Spartak”ının 2-ci komandası bu gün səhər saatlarında Antalyaya yola düşüb.

Newsport.az xəbər verir ki, fevralın 2-dək davam edəcək hazırlığa baş məşqçi Viktor Bulatov 24 futbolçu dəvət edib.

Onların sırasında ən çox diqqət çəkən sima bu gün 19 yaşı tamam olan Turqay Möhbalıyevdi. Həmyerlimiz bir neçə dəfə gənclərdən ibarət yığmalarımıza dəvət alsa da, hələ də müsbət cavab verməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right