Gəncədə üsyan: “Kəpəz” məşqləri dayandırdı

“Kəpəz” dünəndən etibarən məşqləri dayandırıb. Mövsümün ikinci yarısının hazırlıqlarına başlayan, hətta yoxlama matçl da keçirən gəncəlilər boykot qərarı verib.
 
Newsport.az-ın məlumatına görə, divizion klubunun belə qərar verməsinin səbəbi növbəti dəfə aldadılmalarıdı. 3 aydı maaş verilməyən “Kəpəz”də bu addım məqbul bilinib.
 
Klubda vəziyyt çox acınacaqlıdı. AFFA maliyyələşdirdiyi qərblilərə heç bir ödəniş etmir, bütün məsuliyyət baş məşqçinin boyunundadı. Klub rəhbərliyi istefa verib, AFFA yeni təyinatlar etməyib. Belə vəziyyətdə başsız qalan “Kəpəz” əməkdaşlarının səsini assosiasiyaya çatdıran yoxdu. Onlar da çıxış yolunu məşqləri boykot etməkdə görüb.
 
“Kəpəz”də problem təkcə maaşların yubanması ilə bağlı deyil. Klubun bazarda qatıqsatana da borcu var. Tovuza yoxlama oyununa getmək üçün tutulmuş mikroavtobusun sürücüsü də “nisyə”sini gözləyir. Hətta komandanın futbolçusu Ziyabil Məmmədov da nisyə əməliyyat olunub – klubun ona görə xəstəxanaya 2500 manat borcu var.
 
Futbolinfo.az
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right