Ansi Aqolli: "Artıq işimi tamamlamışam, gənclərə yol açmalıyıq"

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli "RTSH Sport" kanalına müsahibə verib.

 

Newsport.az xəbər verir ki, 36 yaşlı müdafiəçi Ağdam klubundakı çıxışından və gələcək planlarından söz açıb.

 

- Ürəyinizdə "Qarabağ" çəkisini nə dərəcədədir?

- Artıq doqquz mövsümdür ki, "Qarabağ"da çıxış edirəm. Əvvəl düşünürdüm ki, burada uzun müddət qalmaram. Lakin düzgünlük, peşəkarlıq və azarkeşlərin kluba sevgisini nəzərə alsaq, bu illər tez keçdi və mükəmməl alındı. Karyeramın 60 faizini bu kluba həsr etdim. Bu komanda mənim evimdir və bir ailədən daha böyükdür. Bu söyləyə bilərəm.

 

- Mövsümün sonunda planlarınız necədir?

- Qərar verməmişəm. Hələ ki, gözləyirik. Mövsümün sonunda müqaviləm bitir. Bu zamana kimi komandaya kömək edəcəm. Daha sonra isə agentim və klubla danışacam.

 

- Ehtiyatda oturmaq sizə çətin olmur?

- Heç bir futbolçu başqasının əvəzləyicisi olmaq üçün razılaşmaz. Bunlar da futbolun bir hissəsidir və bunu qəbul etməliyik.

 

- Albaniya yığmasından dəvət gözləyirsiniz?

- Artıq işimi tamamlamışam, gənc futbolçulara yol açmalıyıq. İnanıram ki, onlar ümidləri doğruldacaqlar.

 

- "Tirana"ya dönüşünüz mümkündür?

- Albaniyada həmişə demişəm ki, "Tirana" mənim doğma komandamdır. Ora qayıtmasam da, bu fikir dəyişməyəcək. "Tirana" ilə ölkə çempionu olmuşam və kubok qazanmışam.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right