Millimiz Antalyaya 24 futbolçu ilə gedir

Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Newsport.az xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçiriləcək.

Millimiz yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.

Baş məşqçi Vüqar Məmməd toplanışa 24 futbolçu aparacaq. Bunlar Sərhad Daşdəmir (“Fylde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı “Qarabağ”), Elvin Talıbov (“Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (hamısı “Neftçi”), Şakir Seyidov (“Sabah”), Murad Məmmədov (“Səbail”), Ruslan Qəribov (“Sokol”, Saratov, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, Rusiya), Rüfət Abdullazadədi (“Sumqayıt”).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right