"Keşlə" Özbəkistanın U-23 yığması ilə üz-üzə

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk yoxlama matçına çıxacaq.

Newsport.az-ın məlumatına görə, rəqib Özbəkistanın U-23 yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, bundan əlavə "Keşlə" Antalyada daha 3 oyun keçirəcək. Komanda yanvarın 23-də “Atırau” (Qazaxıstan), 25-də isə “Çertanovo” (Rusiya) ilə qarşılaşacaq. Yanvarın 20-si üçün rəqib hələ bəlli deyil.

18 yanvar

18:00. "Keşlə" - Özbəkistan U-23





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right