"Zirə" qələbə ilə başladı Yenilənib

Antalyada təlim-məşq toplanışında olan "Zirə" bu gün birinci yoxlama görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, Samir Abasovun komandası Rumıniya təmsilçisi "Voluntari" ilə qarşılaşıb və minimal hesabla qalib gəlib - 1:0.

 

"Zirə" əslində yanvarın 15-də ilk oyununu keçirməli idi. Lakin güclü yağış "Taraz"la (Qazaxıstan) qarşılaşmanın ləğvinə səbəb olmuşdu.

Qeyd edək ki, "Zirə" Antalya toplanışı çərçivəsində həmçinin Ukrayna "Vorskla"sı (23 yanvar) və Makedoniya "Şkupi"si (26 yanvar) yoxlama oyunu keçirəcək.

18 yanvar

17:00. "Zirə" - "Voluntari" (Rumıniya)  - 1:0
Qol:
 Pərdis Fərcad-Azad,  89-pen





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right