"Sumqayıt" tək məşqlə kifayətləndi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu günü bir məşqlə yekunlaşdırıb.

Newsport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi iki qrup halında məşq edib. "Jetisu" ilə yoxlama oyununda ilk 11-likdə meydanda olanlar yüngül qaçış və fiziki hərəkətlərlə kifayətlənibsə, meydana sonradan daxil olanlar müxtəlif toplu çalışmalar edərək 1 saatlıq hazırlığı yekunlaşdırıb.

Qeyd edək ki, "Sumqayıt" sabah daha 2 məşqə çıxacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right