Millimizi "dəfn edən" futbolçu "Çelsi"nin radarında

Hollandiya Erediviziyasında çıxış edən "Herenven"in yarımmüdafiəçisi Arber Zeneli cari mövsüm nümayiş etdirdiyi oyunla Avropanın öndə gedən klublarının transfer radarına düşüb.

 

Newsport.az "Sky Sports" istinadən xəbər verir ki, kosovolu futbolçu İngiltərənin "Çelsi" klubunun maraq dairəsindədir. 23 yaşlı yarımmüdafiəçi müqaviləsi mövsümün sonunda başa çatacağı üçün "Herenven" Zenelini müsatmağa müsbət yanaşır. Onun xidmətində "Ayaks"la Qalatasaray" da maraqlıdır.

 

Qeyd edək ki, İsveçdə doğulan və adıçəkilən ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında çıxış edən gənc ulduz 2016-cı ildən Kosovo millisində çıxış edir. Arber 2015-ci ildə İsveçin "Elfsborq" klubundan "Herenven"ə keçib. Zeneli Millətlər Liqasının qrup mərhələsində Kosovonun millimizi darmadağın etdiyi həlledici qarşılaşmada (4:0) het-trik etmişdi. Bundan əlavə, o, ölkəsində 2018-ci ilin futbolçusu seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right