"Səbail" - "Sürix" matçının vaxtı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Səbail”in növbəti yoxlama matçının vaxtı müəyyənləşib.

 

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 19-da İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

 

“Miracle Resort” idman kompleksinin stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. 

 

Qeyd edək ki, “Səbail” ilk yoxlama oyununda Macarıstanın I Divizion klubu “Aqvital”ı 3:2 hesabı ilə məğlub etmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right