Petrov çempion olmaq istədiklərini açıqladı: "Rəqibdən asılı olmayaraq maksimum xal toplamağa çalışacağıq"

"Neftçi”nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib. Newsport.az xəbər verir ki, təlim-məşq toplanışını dəyərləndirən ukraynalı vitse-kapitansualları cavablandırıb.

 

- Toplanışın Bakıda keçirilmiş ilk mərhələsini də nəzərə alsaq, haradasa 10 gündür gündə iki məşqə çıxırsız? Ağır deyil?

- Xeyr, normaldır. Bərpa oluna bilirik. Masajçılara təşəkkür edirəm, bizimlə əziyyət çəkirlər. Bakı toplanışı ilə müqayisədə burada məşqlərarası bərpaya daha çox vaxtımız qalır. Buna görə də heç bir problemimiz yoxdur. Bu müddət ərzində dözmək lazımdır. Sonra bundan asan olacaq.

 

- Bu toplanışda sizin üçün ən çətin olan nədir?

- Təkcə mənim üçün yox, fikrimcə, bütün futbolçular üçün ən çətini daim qaçmaqdır. Amma bunun öhdəsindən yaxşı gəlirik. İnanıram ki, bəhrəsini görəcəyik.

 

- Təlim-məşq toplanışı ərzində asudə vaxt az olur. Bununla belə, həmin vaxtı necə keçirirsiz?

- Axşam yeməyindən sonra uşaqlarla "Playstation” oynayırıq və ya filmlərə baxırıq. Ukraynadan "Desna” komandası gəlib, bundan sonra az da olsa, oradakılarla da vaxt keçirməyə çalışacam. Orada uzun müddətdir görmədiyim dostlarım var. Bəziləri ilə 6 yaşımdan birlikdə oynamışam. Danışmağa, xatırlamağa mövzular var.

 

- Müdafiə xəttinə yeni komanda yoldaşın gəlib. İndiyədək Mamadu Mbodjla çiyin-çiyinə oynamamısan. Necə düşünürsüz, onunla birlikdə oynamaq maraqlı olacaq?

- Mamadu Mbodjla mən də oynaya bilərəm, Ruslan Abışov da oynaya bilər. Hazırda məşq prosesləri davam edir. Əvvəlcə əsas heyətdə oynamağa qadir olduğunu sübut etmək lazımdır.

 

- Qış fasiləsindən sonra ilk çempionat oyunumuz "Qarabağ”la olacaq. Amma bunadək Antalyada sınaq matçlarımız var. Sabah komandamız hazırlıq çərçivəsində ilk yoxlama oyununu Rumıniyanın "Qaz Metan” klubuna qarşı keçirəcək...

- Bütün oyunlara olduğu kimi, "Qarabağ”la matça da ciddi hazırlaşacağıq. Çempionatın ikinci hissəsinə tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibdən asılı olmayaraq maksimum xal toplamağa çalışacağıq. Çünki, məsələn, "Qarabağ”ı məğlub edib, sonrakı oyunu uduzmaq da işimizi çətinləşdirər. Yoxlama görüşlərindən faydalanmaq lazımdır. Çempion olmaq istəyirik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right