"Keşlə"nin rəqibi dəyişdi

“Keşlə”nin Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama matçlarının birində rəqib dəyişib.

 

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, payaxt klubu yanvarın 23-də Rumıniya I Liqa təmsilçisi “Konkordiya” ilə qarşılaşmalı olsa da, rəqibin Türkiyəyə gəlməməsi qarşılaşmanın təxirə düşməsinə səbəb olub. Tərlan Əhmədovun kollektivi həmin gün Qazaxıstan Premyer Liqasında çıxış edən “Atırau” ilə qarşılaşacaq.

 

Qeyd edək ki ki, "Keşlə" ilk yoxlama matçını yanvarın 18-də Özbəkistanın U-23 komandasına qarşı keçirəcək. Arkadia otelinin meydançasında baş tutacaq görüşün start fiti yerli vaxtla 17.00-da səslənəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right