Qurban Qurbanov: "Bu gün optimal formadan uzağıq"

"İlk oyunumuz idi. Bu gün optimal formadan uzağıq, bu gün düzdür, hava şəraiti də sürətli oyun göstərməyə imkan vermədi".

 

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun "facebook" səhifəsinə açıqlamasında deyib. Antalyada təlim-məşq toplanışında olan Ağdam təmsilçisi ilk yoxlama matçında Macarıstanın "Uypeşt" klubuna 0-1 hesabı ilə uduzub. 46 yaşlı mütəxəssis komandasından razı qaldığını deyib:

 

"Amma komandada çox şeydən razı qaldım, hansı ki, futbolçularım verdiyim tapşırıqları yerinə yetirməyə çalışdılar. Ancaq texniki səhvlər var idi, bu da normaldır. Düşünürəm ki, növbəti yoxlama matçında daha yaxşı oyun göstərəcəyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right