"Rəqibləri elə seçmişik ki..." - Ayxan Abbasov

"Oyunun bu günə keçirilməsindən sonra bəlkə üstünlüyümüz oldu ki, futbolçularda yorğunluq bir az azalmışdı. Fərqli 2 hissə oldu. Hər kəsə şans verdik. Ümumən razı qaldım".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Antalyada Qazaxıstanın "Jetısu" komandası ilə bərabərə qaldıqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib. 1:1 hesablı heç-heçəni şərh edən mütəxəssis komandasından razı qalıb:

"Xeyli qol imkanlarımız oldu, ancaq istifadə edə bilmədik. Səhvlərimiz də var. Çalışacağıq ki, Antalyada maksimum hazır olaq. Rəqibləri də elə seçmişik ki, çempionatın səviyyəsinə uyğundurlar və onlarla qarşılaşmalarda öz səhvlərimizi görə bilək. Bu gün nə tapşırıq qoyulmuşdu, futbolçular ümumən yerinə yetirməyə çalışdılar".

Qeyd edək ki, "Sumqayıt" Türkiyədə növbəti oyununu yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik" komandasına qarşı keçirəcək. "Gənclik şəhəri" təmsilçisi bundan başqa, yanvarın 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right