"Sumqayıt"dan heç-heçə

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" qardaş ölkədə bu gün ilk yoxlama matçını keçirib. 

Newsport.az-ın məlumatına görə, Ayxan Abbasovun komandası dünən güclü yağışa görə təxirə salınmış oyunda Qazaxıstanın "Jetısu" klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Sumqayıt" Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. Komanda kollektiv yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.

Yoxlama oyunu

16 yanvar

13:00. "Sumqayıt" (Azərbaycan) - "Jetısu" (Qazaxıstan) - 1:1
Qol: Ülvi İsgəndərov





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right