"Səbail" qələbə ilə başladı

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan "Səbail" bu gün ilk sınaq matçına çıxıb.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi ilk oyunda Macarıstanın "Aqvital" klubu ilə üz-üzə gəlib. Görüş təmsiilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in qollarını Kevin Kubemba (44) və Ruslan Qurbanov (68, 90) vurub.

Qeyd edək ki, "Səbail" bu görüşdən başqa, Antalyada daha 2 sınaq matçı keçirəcək. Bakı təmsilçisi yanvarın 21-i "Desna” (Ukrayna), yanvarın 24-ü isə "Kaysar"la (Qazaxıstan) qarşılaşacaq.


Yoxlama oyunu

16 yanvar

"Səbail" (Azərbaycan) - "Aqvital" (Macarıstan) - 3:2





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right