Rüfət Dadaşov ən yaxşı transferlər sırasında

Almaniyanın “liga3-online” portalı ölkənin üçüncü Bundesliqasında mövsümün əvvəlinin və davamının ən yaxşı transferlərini seçib.

Newsport.az-ın məlumatına görə, siyahıda millimizin hücumçusu Rüfət Dadaşov da yer alıb.

Ötən yay Regional Liqanın Şimal-Şərq zonasında çıxış edən Berlin “Dinamo”sundan “Proyssen”ə keçən 27 yaşlı hücumçu mövsümün ən yaxşı 7-ci transferi kimi qiymətləndirilib. R.Dadaşov barəsində yazılıb: 

"Adriano Qrimaldi yayda "Proyssen"i tərk edərək "Münhen-1860"a getdi. Münster təmsilçisi isə bu boşluğu Berlində əla oyunu ilə diqqət çəkən Rüfət Dadaşovla doldurdu. Dadaşov III liqada hələ də əsl gücünü göstərməyib. Buna baxmayaraq, 17 oyunda 7 qol vurub."Proyssen"in məşqçilər korpusu dekabrda Dadaşovun zədələnməsindən sonra onu əvəz edən Adlertragerin heç nə ilə yadda qalmadığını gördülər".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right