“Kəpəz”in daha iki rəqibi məlum oldu

“Kəpəz” qış hazırlığı dövründə daha üç yoxlama oyunu keçirəcək. Newsport.az xəbər verir ki, rəqiblərdən biri daha əvvəldən məlum idisə, iki komandanın adı yeni müəyyənləşib.

Belə ki, Gəncə klubu yanvarın 25-də “Keşlə”nin (başlama saatı 12:00), 30-da isə “Qarabağ”ın ikinci komandası ilə üz-üzə gələcək. Hər iki oyun Bakıda keçiriləcək. 


Bu matçlardan öncə isə “sarı-göylər” ayın 19-da səfərdə “Ağsu”nun qonağı olacaq. Görüş saat 13:00-da başlayacaq.


“Kəpəz” ilk yoxlama oyununu “Turan Tovuz”a qarşı keçirib və 0:2 hesabıyla məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right