"Sabah" "Tobol"a qarşı

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın debütantı Türkiyədəki 2-ci sınağında Qazaxıstanın "Tobol" klubuyla qüvvəsini sınayacaq. "Titanik" otelinin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Sabah" Antalyadakı ilk yoxlama oyununda Türkiyənin birinci liqa təmsilçisi "Əskişəhərspor"u 1:0 hesabıyla məğlub edib.

Qeyd edək ki, paytaxt təmsilçisi "Tobol"la matçdan sonra Antalyada daha 2 yoxlama oyunu keçirəcək. Elşad Əhmədovun komandası yanvarın 19-da Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, rəqib hələlik dəqiqləşməyib.


Yoxlama oyunu

 

16 yanvar

18:00. "Sabah" (Azərbaycan) - "Tobol" (Qazaxıstan)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right