"Qəbələ"nin Almaniya klubu ilə 3 hissəlik oyunu Yenilənir

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" bu gün Antalyada ilk yoxlama oyununu keçirəcək. 

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Almaniyanın “Meppen” klubu ilə qarşılaşacaq. Üçüncü bundesliqa təmsilçisi ilə matç “Papillon Oteli”nin məşq meydançasında olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. “Qəbələ”nin “Meppen”lə görüşü 3 hissədən ibarət olacaq. 

Qeyd edək ki, “Qırmızı-qaralar”ın ilk sınaqçı rəqibi 1912-ci ildə yaradılıb. Eyni adlı şəhəri təmsil edən 107 yaşlı klub Almaniya çempionatının 3-cü liqasında mübarizə aparır. Ötən mövsümdə 7-ci olan meppenlilər cari çempionatda qış fasiləsinə 16-cı pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" "Meppen"dən sonra yanvarın 20-də Rusiyanın "Yenisey", 24-də "Fakel" klubları, 26-da isə Macarıstan təmsilçisi MTK ilə yoxlama oyunu keçirəcək.


Yoxlama oyunu

16 yanvar

15:30. "Qəbələ" (Azərbaycan) - "Meppen" (Almaniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right