"Bu, hocanın haqqıdır": Rəşad Sadıqov

Türkiyənin "TRT Spor" telekanalı Antalyada təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindən reportaj hazırlayıb.

Newsport.az-ın məlumatına görə, süjetdə Ağdam klubunun kapitanı Rəşad Sadıqovun da fikirlərinə yer verilib. 36 yaşlı müdafiəçi bu mövsüm yenə çempion olmaq istədiklərini bildirib: "Bizi çətin çempionat gözləyir. Əsas rəqibimiz bizdən 3 xal öndədir. Fasilədən sonra ilk oyunumuz onlarla olacaq. Yenə çempion olmaq istəyirik, sona qədər mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir".

Vaxtı ilə Türkiyədə "Kayserispor", "Kocaelispor" və "Eskişəhərspor" klublarının formasını geyinmiş R. Sadıqov bu mövsüm Superliqada "Başakşəhər"in çempion olmasını istəyir: "Bu mövsüm "Başakşəhər"in çempion olmasını çox istərdim. Çünki bu, Abdullah hocanın (Abdullah Avcı – red.) bunu haqqıdır. Komanda olaraq da buna layiqdirlər. Onların çempion olmasını ürəkdən istəyirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right