"Sabah"ın Qazaxıstan klubu ilə oyununun saatı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan "Sabah"ın növbəti yoxlama oyununun başlama saatı bəlli olub. 

Newsport.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisinin Qazaxıstan "Tobol"u ilə görüşü sabah yerli vaxtla saat 17:00-da, "Titanik" otelinin stadionunda baş tutacaq.

"Sabah" bu oyundan başqa, yanvarın 19-da Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Yanvarın 22-nə daha bir oyun nəzərdə tutulsa da, hələlik sonuncu rəqibin adı məlum deyil.

Xatırladaq ki, "Sabah" Antalyada keçirdiyi ilk yoxlama oyununda Türkiyənin "Eskişehirspor" klubunu 1:0 hesabıyla məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right