Pedro "Qarabağ"a qayıdır? - "Bu ayları "Astana"da keçirmək gözəl idi"

"Astana" ilə Qazaxıstanda çempionluq yaşayan Pedro Enrikenin adı "Qarabağ"la hallanır.

 

Newsport.az xəbər verir ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan 28 yaşlı futbolçunun maliyyə problemləri yaşayan "Astana"da ayrılacağı gözlənilir. Qazaxıstan mətbuatının iddiasına görə, Pedro yenidən "Qarabağ"a qayıdacaq. Məsələ ilə bağlı "sports.kz" saytına danışan braziliyalı vinqer böyük ehtimalla, PAOK-a dönəcəyini bəyan edib: 

"Hesab edirəm ki, PAOK-a dönəcəyəm. İndi mən yalnız istirahət edirəm və hadisələrin inkişafını gözləyirəm. Bundan sonra vəziyyət 100 faiz aydın olacaq. Bu ayları "Astana"da keçirmək gözəl idi".

 

Qeyd edək ki, Pedro Enrike ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right