Stanku lənkəranlı fanatları unuda bilmir

Hazırda Rumıniyanın IV Liqasında "Vointsa Krevedia"nın formasını geyinən Stelian Stanku "Xəzər Lənkəran"da çıxış etdiyi dövrü yada salıb. 37 yaşlı müdafiəçi "Prosport"a müsahibəsində 2010-2011 mövsümündə Azərbaycan Kubokunu qazandıqdan sonra Lənkəranda böyük coşqu ilə qarşılandıqlarını bildirib.
 
Stanku deyib ki, küçələrə axışan fanatlar komandanın avtobusunu Lənkərana 70-80 km qalmış qarşılayıblar: "Bundan sonra biz irəli gedə bilmirdik. Çünki bütün şəhər bizimlə idi və maşınlar bütün yolları bağlamışdılar. Onlar bizi əhatəyə almışdılar, yolda heç bir zolağa fikir vermirdilər. Əks yollara çıxır, maşınların güzgülərini sürtürdülər".
 
Qeyd edək ki, "Xəzər Lənkəran" 2010-2011 mövsümündə Azərbaycan Kubokunun finalında "İnter"i (hazırkı "Keşlə") əsas vaxtı 1:1 hesabı ilə yekunlaşmış oyunda penaltilər seriyasında məğlub edib - 4:2. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right