"Zirə"nin daha iki rəqibi bilindi

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama görüşü keçirəcəyi daha 2 rəqibin adı bilinib. 

Newsport.az-ın klubun rısi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Abasovun komandası yanvarın 23-də Ukraynanın “Vorskla”, 26-da isə Makedoniyanın “Şkupi” komandaları ilə qarşılaşacaq. 

Bundan başqa, ayın 18-də "Zirə"nin rəqibi olmalı olan Rumıniya “Konkordiya”sının təlim-məşq toplanışını təxirə salması səbəbindən həmin gün rəqib bu ölkənin “Voluntari” komandası olacaq. 

Qeyd edək ki, “Zirə” Antalyada ilk oyununa sabah çıxacaq. Komanda Qazaxıstanın “Taraz” klubu ilə qarşılaşacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right