İsrafilovlu “Alkorkon”dan növbəti xal itkisi

Futbol üzrə İspaniya Sequndasında 21-ci turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” da növbəti matçına çıxıb. 

Sözügedən kollektiv doğma meydanda “Almeriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu qarşılaşmadan heç-heçə ilə ayrılıb - 0:0.

İsrafilov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Millimizin sabiq üzvü 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Hazırda 35 xala malik “Alkorkon” 22 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right