Arif Əsədova milli komanda təklif olunub, amma...

Azərbaycan futbolunda həm oyunçu, həm də məşqçi kimi izi olan Arif Əsədov indi böyük səhnədən bir qədər kənarda qalıb.

Newsport.az-ın məlumatına görə, “Neftçi”nin həm əvəzedici, həm də əsas komandası ilə Azərbaycan çempionu olan Əsədov son olaraq I Divizionda “Sabah” klubunu çalışdırıb. Hazırda AFFA-nın lisenziya qrupunda yer alan mütəxəssisin Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarında işləmək imkanı yaranıb.

Əsədova həqiqətən də U-17 milli komandası təklif olunub. Azərbaycan milli komandalarında işləməyin şərəf olduğunu bildirən təcrübəli mütəxəssis daha böyük yaş qrupları üzrə milli komandalar təklif olunacağı təqdirdə, bu barədə düşünəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right