"Qarabağ"ın rəqibi dəyişdi

"Qarabağ"ın Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

Newsport.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi toplanış zamanı ikinci yoxlama matçında Özbəkistan "Paxtakor"unun əvəzinə, Macarıstanın "Uypeşt" komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, "Qarabağ" - "Uypeşt" qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın "Bohemians", 23-ü Polşanın "Piast" və 26-sı Ukraynanın "Şaxtyor" (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right