Braziliyalı futbolçu Azərbaycana gəlməyə razılıq vermədi

Braziliyalı futbolçu Nikolas Karekanın Azərbaycana gəlişi baş tutmayıb.

Newsport.az-ın məlumatına görə, Ukraynanın “Vorskla” klubunda icarə əsasında çıxış edən hücumçu “Zirə”yə keçməyə razılıq verməyib. 

Paytaxt təmsilçisi müqavilə ilə ölkəsinin “Qremio” klubuna məxsus olan futbolçuya rəsmi təklif göndərib. Lakin 21 yaşlı hücumçu və təmsilçiləri bu təklifə isti yanaşmayıblar. 

Forvardın “Vorskla”da qalıb-qalmayacağı hələlik dəqiqləşməyib. O, ya heyətə düşməkdə çətinlik çəkdiyi “Vorskla”da qalacaq, ya da karyerasını başqa klubların birində davam etdirəcək.

Kareka əməkdaşımızla söhbətində gələcək taleyindən danışıb: “Agentlərim “Vorskla” ilə danışıqlar aparırlar. Gələcək taleyimə yaxın günlərdə aydınlıq gələcək”.

Qeyd edək ki, Karekanın “Vorskla” ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right