"Sumqayıt" baxışa dəvət etdiyi futbolçularla bağlı qərar verdi

“Sumqayıt” baxışa dəvət etdiyi futbolçularla bağlı qərar verib. 

Newsport.az-ın məlumatına görə, “kimyaçılar”ın baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışının birinci mərhələsində baxışdan keçirdikləri hücumçu Valeh Seyidov və yarımmüdafiəçi Mirkamil Haşımlının gələcək taleyini müəyyənləşdirib.

“Gənclik şəhəri” təmsilçisi Mirkamil Haşımlını geri göndərmək qərarına gəlib. Valeh Seyidovla bağlı yekun qərar isə Türkiyə toplanışından sonra veriləcək. “Sumqayıt” hücumçu problemindən əziyyət çəkdiyi üçün gənc futbolçunu bir daha sınamağa qərar verib.

Qeyd edək ki, “Sumqayıt” təlim-məşq toplanışının ikinci mərhələsini keçirmək üçün Türkiyənin Antalya bölgəsinə yollanıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right