Türkiyə millisinin üzvü 31 yaşında karyerasını başa vurdu ŞOK QƏRAR

Türkiyə millisinin üzvü Onur Kıvrak gözlənilməz qərar verib. 

Newsport.az-ın məlumatına görə, təcrübəli qolkiper karyerasını başa vurub. Qış transfer dönəmində "Trabzonspor"dan ayrılan 31 yaşlı futbolçu qərarını belə izah edib: "Bir neçə təklif almışam. Yüksək səviyyəli komandalara getmək imkanım var idi. Lakin "Trabzonspor"lu Onur" olaraq xatirələrdə qalmaq istəyirəm. Futbolçu karyeramı başa vurdum".

Təcrübəli əlcək sahibi "İzmir Yeşilovaspor" klubunun yetirməsidir. O, peşəkar futbolçu karyerası ərzində "Karşıyaka" və "Trabzonspor"un şərəfini qoruyub. Onur 11 ildi çıxış etdiyi "Trabzonspor"un heyətində 200-dən çox oyun keçirib. 

Qeyd edək ki, Kıvrak Türkiyə milli komandasının üzvüdür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right