Donald Gerye ayrılıq iddialarına aydınlıq gətirdi

"Bu məsələ bağlanıb. "Qarabağ" məni buraxmağı və ya satmağı planlaşdırmır".

Newsport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye söyləyib. Ağdam təmsilçisində gələcək taleyi ilə bağlı danışan haitili yarımmüdafiəçi müqaviləsinin sonuna qədər klubda qalacağını deyib: "Müqaviləmin sonuna kimi "Qarabağ"da qalacam".

Qeyd edək ki, 29 yaşlı futbolçu 2017-ci ilin yayından "Qarabağ"da çıxış edir. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right