Almeyda yenidən "Qarabağ"da!

Azərbaycan millisinin üzvü Riçard Almeyda "Qarabağ"a qayıdıb.

Newsport.az-ın məlumatına görə, müqavilə ilə Qazaxıstan "Astana"sına məxsus olan futbolçu Ağdam klubunda icarə əsasında çıxış edəcək.

Milliləşdirilmiş braziliyalı yaxın zamanda "Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışına qoşulacaq.

Almeyda ötən mövsümün sonunda "Qarabağ"dan "Astana"ya keçib.

Ağdam klubu buna qədər daha bir sabiq futbolçusu Reynaldo Silvanı da heyətinə cəlb edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right