...qürbətən iləllah

Qurban Qurbanov və "drujinası"nı mili komandalardakı postundan uzaqlaşdırandan sonra ölkə futbolunun taleyini çiyinlərinə götürən (ups) AFFA rəhbərliyi boşaldılmış postlara ilk təyinatını, nəhayət, rəsmiləşdirdi. Milan Obradoviç Rəşad Sadıqovdan "tərk-silah" edilən U-21 millisini çalışdıracaq. Məşqçilik karyreasına cəmi 4 ildi başlayan və bir ildə üç dəfə klub dəyişmiş Obradoviçin lazımlılığını, alternativsizliyini kim müəyyənləşdirdi? 

Bir müddət əvvəl bu haqda xəbər verən AFFA-nın rəsmi saytı bu gün təyinatın rəsmən açıqlandığını yazıb (Fotoya baxın, buna qayıdacağıq).

Niyə Obradoviç?
Kimdi ki o?
Hələ ötən həftə köməkçisi olduğu Serbiya yığmasının baş məşqçisi Krstayiç açıqlamışdı ki, Milan heç yerə getməyəcək. Nə açıqlama idi ki o? Buna maaşın qaldırılması taktikası deyirlər. Alındı?

Bu cür şeylər alınar, siz Azərbaycan futbolunun inkişafının alınıb-alınmayacağnı düşünün.

Həqiqətən, millini hazır "lokomotiv" halına gətirmiş Sadıqovun göndərilib, əvəzinə  7 milyarddan çox dünya sakini içindən niyə məhz  Obradoviçi seçdiniz ki?

Necə izah edək bunu?

Miyə məhz o?

Hansı çıxılmazlardan çıxacağına, mümkünsüzləri mümkün edəcəyinə söz verib ki?

Nə bacarığı var ki, onu indiyədəkkilər bacarmayıb?

OK, Məşqçilər Komitəsinin tövsiyəsi olub bu. OK, hə. Elədir. Dəqiqdir.

"Kəpəz"dən maliyyə mənimsəməsində rolunun olduğu rəsmən təsdiqlənərək, rədd edilən Şahin Diniyev, heç vaxt AFFA-nın işini tənqid etməmiş Vaqif Sadıqov, heç vaxt heç nəyi/kəsi tənqid etməmiş Şakir Qəribov, təyin edilib istefaya göndərilmək üzrə rekordçu Yaşar bəyin tövsiyəsi ilə. Bəli, onlar kəllə işlədib, beyin çatladıblar ki, əsas millinin özəyini təşkil edən U-21 millisini Obradoviç çalışdırmalıdır.

Bu qərara gələndən sonra AFFA rəhbərliyinə, İcraiyyə Komitəsinə, ordan da AFFA-nın baş katibi Elxan Məmmdova bildiriş gedib. Onlar da bildirişə əsasən addım atıblar. Məşqilər Komitəsinin qüdrətinə baxın siz!

Hamısı da Azərbaycanın tanınmış məşqçiləri. Boyunuzu yerə.. və göyə sığdırmasınlar, bu nə hikmətdir axı? Siz əlləşib-vuruşub, düşünüb-daşınıb özünüzdən yaxşı bu işi bacaracaq adam axtarırsınız? Budur funksiyanız? Komitə olaraq bu cür şeylərə görə qurulmusuz? 

Siz necə də utanılası dəstəsiniz. Qüsl vacibdir. Sonuna "...qürbətən illəllah" əlavə edib, əvvəlində çirkabdan təmizənməkçün vacib olan bütün qüsulları ala bilərsiniz.

Görək, o biri postlara hansı həşəmətli təyinatlar olacaq. ...qürbətən iləllah!

futbolpress.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right