Robero Bordin: "Karikarinin qərarını gözləyirik

"Neftçi"nin baş məşqçisi Roberto Bordin açıq məşq zamanı jurnalistlərin suallarını cavablandırıb.
 
Newsport.az saytı həmin müshaibəni təqdim edir:
 
- Öncə hazırlıq barədə danışardınız.
- Bərpa proseslərinə başlamışıq. Bundan sonra isə toplu və fiziki çalışmalara start verəcəyik.
 
- Kvame Karikarini sərəncamınızda görmək istəyirsiz, yoxsa göndərilməyinə qərar vermisiniz?
- Karikariylə münasibətlərimiz yaxşıdır. Bizim məqsədlərimiz var və bunun uğrunda mübarizə aparırıq. Karikari də bu yolda çalışan futbolçulardan biridir. İndi Kvamenin təklifləri var. Onun qərarını gözləyirik.
 
- Baş məşqçilər iş yerlərini dəyişən sabiq klublarındakı futbolçuları da özləriylə aparırlar. “Şerif”dən nə üçün heç bir futbolçunu “Neftçi”yə dəvət etmədiniz? Onlar bura gəlmək istəmirlər?
- Mən heç vaxt deməmişəm ki, keçmiş futbolçularımı burada istəmirəm. Hazırda transfer pəncərəsi açıqdır. Biz futbolçularla maraqlanırıq. Ancaq hazırda konkret bir futbolçu yoxdur ki, onu bura gətirək.
 
- Hansı mövqeylərin güclənməsini istəyirsiniz?
- Biz hazırda Karikari vəziyyətinə görə gözləmə mövqeyində idik. Bu məsələnin müəyyənləşməsini gözləyirdik. Yarımmüdafiə və hücum xəttinə oyunçu axtarırıq. Əsas odur ki, bura gələn futbolçu komandamızın hansı məqsəd uğrunda yarışdığını anlamalıdır.
 
- “Qarabağ” Riçard Almeydanı və Reynaldonu geri qaytarıb. Düşünmürsüz ki, qış fasiləsindən sonra çempionluq uğrunda mübarizə daha da gərgin keçəcək?
- Bizim üçün əsas öz yolumuzdur. Bunu düşünürük. Bu məqsəd uğrunda çalışırıq. Hazırda birinci yerdə gedirik. Hələ ki, vaxtımız var. Çalışacağıq ki, lazım olan transferləri edək. Komandaya fərq yarada biləcək oyunçular gətirmək istəyirik ki, daha da irəli gedək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right