"Dadaşov aparıcı oyunçumuzdu"

"Eksperimentlərə vaxtımız yoxdu. Yanvarın sonlarında ikinci dövrəsi start götürəcək". Newsport.az saytının məlumatına görə, bunu "Proyssen"in baş məşqçisi Marko Antverpen deyib.

III Bundesliqa təmsilçisi ikinci dövrənin hazırlıqlarını davam etdirir. Bununla bağlı yerli mətbuata danışan Antverpen Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun da adını çəkib: "Bayer" və "Fortuna" ilə iki yoxlama görüşü nəzərdə tutulub. Yəni eksperiment aparmaq üçün münasib vaxt deyil. Kifayət qədər yaxşı kollektivimiz var. Heyətin özəyini mövsümün əvvəlindən qurmuşuq. Xüsusən də, müdafiəçilər Ole Kittner, Lion Şvers, yarımmüdafiəçilər Rene Klinqenburq, Kevin Pires Rodriges və hücumçu Rüfət Dadaşov bizim aparıcı oyunçularımızdı. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında "Karl Zeys Jena"nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm".

Qeyd edək ki, "Proyssen" 20 turdan sonra 29 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right