"Keşlə" ilə anlaşmadı, Qazaxıstana köçdü

"Jalgiris"in futbolçusu Ceremi Manzorronun karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Newsport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi "Keşlə" ilə danışıq aparıb.

Lakin 27 yaşlı oyunçu paytaxt klubu ilə ortaq məxrəcə gələ bilməyib. Belə ki, tərəflər maliyyə şərtlərində razılaşmayıblar. Əvəzində "Keşlə" "Kaysar"dan Con Kamaranı transfer edib.

Manzorro isə Qazaxıstana köçüb. O, "İrtış"la müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right