Gürcüstanlı hücumçu rəsmən “Qəbələ”də!

“Qəbələ” növbəti transferini həyata keçirib.

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar” Gürcüstanın “Saburtalo” klubunun futbolçusu Davit Volkovini transfer edib.  23 yaşlı futbolçu ötən gün axşam ölkəmizi gəlib.  Hücumçu bu gün tibbi müayinədən keçdikdən sonra əyalət təmsilçisi ilə sözləşmə imzalayacaq.

Volkovinin xidmətində ölkəsinin “Torpede” (Kutaisi) klubu da maraqlı olub. Lakin hücumçu ölkəmizə gəlməyi daha üstün tutub. 

Qeyd edək ki, 23 yaşlı hücumçu peşəkar karyerasına 2012-ci ildə “Qaqra” klubunda başlayıb. O, 2013-2015-ci illərdə Tbilisi “Dinamo”sunun üzvü olub.  Davit 2017-ci ildən “Saburtalo”da çıxış edirdi. Volkovi bu klubun heyətində Gürcüstan çempionatında 45 oyuna 18 qol vurub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right