"Təmkin və Rəşad "Sabah"ın oyununa rəng qatacaq" - Elşad Əhmədov

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov komandasının qış toplanışı barədə fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, klubun rəsmi "Youtube" kanalına danışan mütəxəssis əvvəlcə hazırlıq prosesini dəyərləndirib:

"Yanvar ayının 2-dən Antalyada təlim-məşq toplanışına yığışmışıq. Hazırlığımız planlı şəkildə davam edir. İki gün hava yağışlı oldu, amma sonradan düzəldi. Ayın 12-nə kimi daha çox fiziki hazırlıq məşqləri üzərində işləyəcəyik. Bundan sonra isə oyunlarımız olacaq".

"Sabah" 3 həftəlik toplanış müddətində 4 yoxlama oyunu keçirəcək. Rəqiblərdən 3-ü artıq bilinir. Debütant yanvarın 12-də Türkiyənin"Əskişəhərspor", 16-da Qazaxıstanın "Tobol", 19-da isə Macarıstanın "MTK Budapeşt" klubları ilə qarşılaşacaq. Gənc mütəxəssis rəqib seçimini bu cür izah edib: "Dörd rəqibimizdən üçü dəqiqləşib, ayın 22-dəki komanda barədə isə tam qərar verilməyib. Hər ölkədən bir klubla qarşılaşmaq istəyirik. Ona görə bu cür rəqiblər seçdik. Çalışırıq ki, 4-cü komanda da başqa bir ölkədən olsun. İlk rəqib olaraq, Türkiyənin birinci liqasında oynayan "Əskişəhərspor"u seçdik. Getdikcə daha yaxşı komandalarla qarşılaşıb, öz gücümüzü bilmək istəyirik".

Qış fasiləsində heyətə cəlb edilən Rəşad Eyyubov və Təmkin Xəlilzadə barədə də dasnışan Əhmədov onların komandaya xeyir verəcəyinə inandığını söyləyib: "Hələ ki, 2 yerli futbolçu transfer etmişik. Hər ikisi komandaya rəng qatacaq oyunçulardır. Cəmi 8 gündür komanda ilə bir yerdə olmalarına baxmayaraq, yaxşı uyğunlaşdılar. Belə götürəndə, bir-birilərini tanıyan uşaqlardır. Ümid edirəm ki, hər ikisi komandamıza xeyir verəcək".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right