"Neftçi" hazırlaşır, Dario hələ də Braziliyadadır

Dekabrın 19-da "Sumqayıt"la kubok matçını zədə səbəbindən buraxacağını daha öncədən bilən Dario Frederiko ölkəsinə üz tutmuşdu.

Newsport.az xəbər verir ki, ölkəsində müalicə alan futbolçu hələ də Bakıya qayıtmayıb. Baxmayaraq ki, "ağ-qaralar" 3 gündür ki, toplanışa start verib. 27 yaşlı futbolçunun gəlməməsinə səbəb isə sənədlərində yaranan problemdir. Braziliyalı futbolçu pasportunda yaranan problemi çözəndən sonra komandaya qoşulacaq.

Qeyd edək ki, Dario ötən yayda "Neftçi"yə "Kəpəz"dən keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right