"Sumqayıt"ın Antalyadakı rəqibləri bilindi

"Sumqayıt"ın Türkiyənin Antalya şəhərində ikihəftəlik təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Newsport.az xəbər verir ki, Ayxan Abbasovun komandası ilk olaraq yanvarın 15-də Qazaxıstanın "Jetısu" klubuyla qarşılaşacaq.

Bundan 4 gün sonra Bosniya və Herseqovinanın "Çelik" klubuyla görüş olacaq. "Gənclik şəhəri"nin təmsilçisi yanvarın 22-də Makedoniyanın "Vardar" klubuyla oynayacaq. Nəhayət, yanvarın 26-da rəqib Serbiyanın "Zemun" klubu olacaq.

Qeyd edək ki, "Sumqayıt"ın Antalya toplanışı yanvarın 13-dək 27-dək baş tutacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right