Bolqarıstanlı futbolçu Azərbaycan klubuna rədd cavabı verdi

Azad agent statusu daşıyan bolqarıstanlı müdafiəçi Plamen Kraçunov təklifləri gözləyir.

Newsport.az Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bolqar stopperin Kiprin "Ermis", Makedoniyanın "Rabotniçki" klublarıyla danışıqları nəticəsiz qalıb. Azərbaycanın adı açıqlanmayan klubundan təklif alan futbolçu maliyyə şərtləri aşağı olduğu üçün rədd cavabı verib. Xəbərdə qeyd edilib ki, Krauçov karyerasını Bolqarıstanda davam etdirmək fikrindədir.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ölkəsinin "Maritsa" klubunun yetirməsidir. O, "Lokomotiv (Plovdiv), ÇSKA (Sofiya), "Slaviya" (Sofiya), "Sent-Conston" (Şotlandiya), "Etnikos" (Kipr) klublarında çıxış edib. Krauçovun son klubu Polşa "Sandeçya"sı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right