Ayaz Quliyev: "Geri döndüyüm üçün sevinirəm"

"Rostov"dan yenidən "Spartak"a qayıdan Ayaz Quliyev "sport-express" nəşrinə açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu kluba qayıtdığı üçün sevincli olduğunu dilə gətirib:

 

"Əlbəttə, geri döndüyüm üçün sevinirəm. Böyük əhval-ruhiyyədəyəm. Həyəcan böyükdür. Mən hələ qarşıma məqsəd qoymamışam. Təlim-məşq toplanışına indi başlayacağıq".

 

Qeyd edək ki, Moskva təmsilçisi Azərbaycan əsilli futbolçu üçün "Rostov"a 1 milyon avro təzminat ödəyib. Onun illik maaşı 1,2 milyon avro olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right