Xorvatiyalı futbolçu "Xəzər Lənkəran"ın biabırçı məğlubiyyətini xatırladı: "Bu, həyatda bir dəfə baş verir"

Qazaxıstan "Kayrat"ının yeni transferi Marin Orşuliç "Xəzər Lənkəran"ı tərk etmək səbəbindən danışıb. Newsport.az xəbər verir ki, xorvatiyalı müdafiəçi 2013-cü ildə Avropa Liqasının II təsnifat mərhələsində İsrailin "Makkabi" (Hayfa) komandasına evdə 0:8 hesabı ilə uduzduqları cavab oyununu xatırlayıb.

32 yaşlı oyunçu bildirib ki, həmin görüşdən sonra bütün legionerlərlə birgə klubdan gediblər: "Bu hadisə Azərbaycanda çoxdan olub. Həmin vaxt Avropa Liqasında oyunumuz var idi. Səfərdə 0:2 hesabı ilə uduzmuşduq. Evdə lazımı hesabla qalib gələrək, mərhələ adlamaq üçün yaxşı imkanımız var idi. İsraildəki oyun hesaba baxmayaraq, bərabər keçmişdi. Evdə bir neçə top fərqi ilə qalib gələ bilərdik. Hamımız inanırdıq ki, qalib gələrək, Avroliqanın qrup mərhələsinədək irəliləyə bilərik. Lakin cavab görüşünün ilk 6 dəqiqəsi ərzində bəxtsizliyimizdən hesab 2:0 rəqibin xeyrinə oldu. Bundan sonra isə sadəcə, matçın yekunlaşmasını gözlədik. Çünki artıq mərhələ adlamaq üçün heç bir şansımız yox idi. Bu, həyatda bir dəfə baş verir. Oyun belədi... Oyundan sonra bütün əcnəbi futbolçular klubu tərk etdilər". 

Bununla belə, Orşuliç 2012-2013 mövsümünün "Xəzər Lənkəran" üçün çox yaxşı keçdiyini əlavə edib: "Ölkə kubokunun finalında iştirak etdik və Avropa Liqasına yüksəldik. Ona görə də həmin dövrdən yaxşı xatirələrim qalıb". 

Qeyd edək ki, Marin "Xəzər Lənkəran"a 2013-cü ilin qışında gəlib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right